Elmi və ictimai-siyasi ədəbiyyat tərcüməsi

belə mətnləri dilin tələbləri ilə uzlaşan bütün cəhətləri nəzərə almaqla tərcümə etmək lazımdır. Üstəlik əgər müəllif qədim dövrə aiddirsə, bu təqdirdə ana dilindəki arxaik formalardan əvvəlki dövrlərin spesifik dilini oxucuya hiss etdirmək üçün imkan vermək lazımdır.
Elmi tərcümə
Epiqraf
OBASTAN VİKİ
Elmi ədəbiyyat
Elmi ədəbiyyat — elmi metod çərçivəsində aparılmış tədqiqatların, nəzəri ümumiləşdirmələrin nəticəsində yaradılmış yazılı əsərlər məcmusudur. == Elmi ədəbiyyatın faydaları == Elmi ədəbiyyat alimləri və mütəxəssisləri elmin son nailiyyətləri ilə məlumatlandırmaq, eləcə də elmi kəşflərin ilkinliyini möhkəmləndirmək işinə xidmət edir. Bir qayda olaraq, dərc olunmamış elmi iş tamamlanmış hesab olunmur. == İlk elmi əsərlərin janrları == İlk elmi əsərlər müxtəlif janrlarda yaradılmışdır: traktat, mülahizə, nəsihət, dialoq, səyahət, tərcümeyi-hal və hətta şer formasında. == Elmi ədəbiyyatın formaları == Hal-hazırda elmi ədəbiyyatın formaları standartlaşdırılmışdır və bura monoqrafiyalar, icmallar, məqalələr, məruzələr, resenziyalar, bioqrafik, geoqrafik və s.təsvirlər(oçerklər), qısa məlumatlar, avtoreferatlar, referatlar, məruzə və məlumat tezisləri, elmi-tədqiqat işləri haqqında dərc olunmuş şəkildə yayılan və eləcə də elmi-tədqiqat işləri haqqında dərc olunmayan hesabatlar, dissertasiyalar daxildir. == Elmi ədəbiyyatın attestasiya mexanizmi == Hal-hazırda bir çox ölkələrdə elmi ədəbiyyatın hakimiyyət və ya içtimai elmi təşkilatlar tərəfindən dəstəklənən attestasiya mexanizmi mövcuddur. Məsələn, Rusiyada bu attestasiyanı AAK(Ali Attestasiya Komissiyası) həyata keçirir. == Elmi ədəbiyyatın nəşrinə olan əsas tələblər == Elmi ədəbiyyatın nəşrinə olan əsas tələblərdən biri onun mütləq rəyə verilməsidir. Bu proses çərçivəsində nəşriyyat və ya elmi jurnalın redaksiyası yeni elmi əsəri dərc etməzdən əvvəl, onu bu sahədə mütəxəssis hesab edilən bir neçə (adətən iki) rəyçiyə göndərir. Rəy verilmə prosesi kobud metodoloji səhvləri olan və ya tamamilə saxtalaşdırılmış materialların elmi ədəbiyyat çərçivəsində nəşrinin istisnasına xidmət edir.
Elmi kütləvi ədəbiyyat
Elmi kütləvi ədəbiyyat – elm, onun yaradıcıları haqqında əsərlər. Elmi kütləvi ədəbiyyata fundamental və tətbiqi elmlərin əsaslarından, aktual problemlərindən, elm xadimlərinin həyatından, səyahətlərdən bəhs edən müxtəlif janrlı əsərlər daxildir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qadınların İctimai və Siyasi Birliyi
Qadınların İctimai və Siyasi Birliyi (QİSB) — Böyük Britaniyada qadın hərəkatları çərçivəsində aparıcı təşkilatlardan biridir. Bu, üzvlərin sufrajist kimi müəyyən edildiyi ilk qrupdur. QİSB 10 oktyabr 1903-cü ildə Mançesterdə altı qadın tərəfindən yaradılmışdır. Emmeline və qızı Christabel Pankhurst aparıcı şəxslərdən olan bu təşkilatın qurucu üzvlərindəndir. QİSB səmərəsizliyinə görə qadınların Seçki Hüququ Cəmiyyətlərinin militant olmayan Milli Federasiyası ilə (Qadınların Seçki Hüququ Cəmiyyətlərinin Milli Birliyi, həmçinin "Qadınların Seçki Hüquqlarının Milli Assosiasiyası" və ya "Qadınların Seçki Hüququ Cəmiyyətlərinin Milli Assosiasiyası" kimi də tanınır) bölündü. Bu təşkilatın taktikası çıxış edərək siyasətçiləri razı salmaq olub. Qurucu üzvlər Müstəqil İşçi Partiyası ilə birlikdə sosial islahatları müdafiə edən bütün qadınlardan ibarət təşkilat yaratmağa qərar verdilər. Onlar həmçinin qadınların seçki hüququnun genişləndirilməsi üçün mübarizə aparırdılar. Onlar mübariz yanaşmalarını vurğulamaq üçün "Söz deyil, əməl" şüarını seçiblər. 1905-ci ildə QİSB Böyük Britaniya parlamentinin üzvünü qadınların seçki hüququ ilə bağlı qanun layihəsi təqdim etməyə inandırdı.
Maşın tərcüməsi
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Azərbaycan İctimai-Siyasi Universiteti
Azərbaycan İctimai-Siyasi Universiteti — Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi == Haqqında == Universitet 1991-ci ilin iyun ayından fəaliyyətə başlamış (əvvəlki adı Ali İctimai-Siyasi Kollec) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli 204C saylı sərəncamı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdır. 7 iyul 2014-cü ildə Təhsil Nazirliyi İctimai-Siyasi Universitetə verilən lisenziya müddətinin uzadılmaması barədə qərar verib.
İctimai-Siyasi Sənədlər Arxivi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi — Azərbaycan Prezidentinin və Prezident Administrasiyasının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. İşlər İdarəsi Administrasiyanın tərkibinə daxil deyil. Azərbaycanın dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqandır. 2021-ci ildən Prezidentin İşlər müdiri Ramin Quluzadədir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar: "Ulduz" Qonaq Evi (Prezident İqamətgahı və "Ulduz" Sarayı daxil olmaqla) "Azadlıq" Qonaq Evi "Gənclik" iqamətgahı "Zuğulba" iqamətgahı (1 N-li Pansionat və "Şəfəq" Sarayı daxil olmaqla) İşlər İdarəsinin Pansionatı (əvvəlki adı: 2 N-li Pansionat) "Qəbələ" iqamətgahı "Marxal" Müalicə-İstirahət Kompleksi Rəsmi Qəbullar Sarayı (əvvəlki adı: Səadət sarayı) "Azərsuvenir" "Azərbaycan Nəşriyyatı" MMC Prezident Kitabxanası İctimai-Siyasi Sənədlər Arxivi Təsisçisi olduğu qəzetlərin siyahısı: "Bakinski raboçi" qəzetinin redaksiyası "Respublika" qəzetinin redaksiyası "Xalq qəzeti"nin redaksiyası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin «Azərsuvenir» (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 saylı Qərarı ilə Azərbaycan «Zərgərsənaye» İstehsalat Birliyinin bazasında yaradılmışdır. Müəssisənin əsas fəaliyəti dövlət orden və medallarının, müxtəlif yubiley və xatirə medallarının, döş nişanlarının, dünya dövlətlərinin bayraqlarının, Azərbaycan milli naxış və ornamentləri ilə bəzədilmiş yüksək əyarlı hədiyyəlik gümüş məmulatlarının və digər milli suvenirlərin istehsalından ibarətdir. Bütün məhsullar «Azərsuvenir» MMC-nin istehsalı olan futlyarlarla fərdi qaydada qablaşdırılır. Yuxarıda qeyd olunan məhsulların müasir tələblərə cavab verən yüksək keyfiyyətli istehsalatını təmin etmək məqsədi ilə, müəssisədə yeni istehsalat sahələri yaradılmış müasir avadanlıqlar və yüksək texnoloqiyalar tətbiq edilmişdir. Bütün məmulatların istehsalı «Azərsuvenir» MMC-də fəaliyyət göstərən, yüksək peşəkarlardan ibarət bədii-texniki şuranın nəzarəti altında icra olunur.
Fəlsəfə və ədəbiyyat
Fəlsəfə və ədəbiyyat filosofların və fəlsəfi mövzuların ədəbiyyatla əlaqəsi (fəlsəfə ədəbiyyatı) və ədəbiyyatın qaldırdığı məsələlərə fəlsəfə ilə əlaqələr daxildir. == Fəlsəfə və ədəbiyyatın əlaqələri == Fəlsəfə ilə ədəbiyyat arasındakı əlaqə povestdən başlayır. Hər ikisi povest qurmaq üçün ortaq dildən istifadə edir və həm fəlsəfə, həm də ədəbi mətnlər dil əsərləridir. Fəlsəfə bir dünyagörüşü , düşüncələr, duyğular və həyat haqqında fikirlər söyləyə bilir: lakin ümumi inancın əksinə, qavranması çətin, sirli ve ziddiyyətli deyildir; şübhəsiz, ziyalıların və "camaatın" inhisarında deyil. Ədəbiyyat, əksinə, çox kobud bir təsvir ilə duyğuların, düşüncələrin və həyatla bağlı fikirlərin estetik və bədii ifadəsidir. Hər ikisi ümumi mənbələrdən, həyatdan, insanlardan, ünsiyyətdən, fərdin və ya cəmiyyətin təcrübələrindən, şüurdan, tarixdən, mədəniyyətdən və əks olunmadan yaranan mücərrəd mövzularla qidalansalar da, ortaq bir dildə sistematik şəkildə istifadə etsələr də bir metod olaraq fərqlənirlər. Fəlsəfə ümumi və inklüziv olanı daha çox maraqlandırsa da, ədəbiyyat xüsusi və fərqli olanı axtarır. Fəlsəfə illüziyaları aradan qaldırmağa çalışarkən, ədəbiyyat illüziya yaratmağa çalışır. Fəlsəfə mücərrəd və konkret anlayışları aydınlaşdırmağa çalışsa da, ədəbiyyatda belə problem yoxdur. Jak Derrida'nın dediyi kimi, ədəbiyyatı "insana hər şeyi hər cür söyləməyə imkan verən uydurma bir qurum" olaraq düşündüyümüz zaman fəlsəfənin imperativlərinin ədəbiyyata aid olmadığı qənaətinə gələ bilərik.
Allahverdi Allahverdiyev (ictimai-siyasi xadim)
Allahverdi Adış oğlu Allahverdiyev (7 noyabr 1927, Qaradağlı, Ağdam qəzası – 1 iyul 1988, Ağdam rayonu) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, Sovet dövrünün tanınmış ziyalısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Ağdam rayonu Telman adına kolxozun sədri (1964–1988). == Həyatı == Allahverdi Allahverdiyev 7 noyabr 1927-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1935-ci ildə Qaradağlı kənd məktəbinin birinci sinfinə daxil olub, orta təhsilini isə Ağdam şəhəri 1 nömrəli peşə məktəbində bitirib. Orta məktəb illərindən əmək fəaliyyətinə başlayıbdır (1942) .1944-cü ildə Komsomol sıralarına daxil olmuşdur. 1945-1950-ci illərdə Ernest Telman adına kolxozda ilk komsomol təşkilatının katibi seçilərək işləmişdir. Eyni zamanda Qiyabi təhsil aldığı Bakı Uçot Statistika məktəbini 1951-ci ildə bitirərək Ağdam rayonu Xanlar ve Telman adına kolxozda mühasib vəzifəsində fəaliyyətini davam etdirir. 1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin məntiq və Psixologiya şöbəsinə qəbul olub, 1956-cı ildə oranı fərqlənmə diplomuyla bitiribdir. Universıtet illərində əlaçı tələbə olmaqla yanaşı həm də çox fəal ictimaiyyətçi olub—həm universitetin Tələbə Elmi Cəmiyyətində, həm fakültə Komsomol təşkilatına rəhbərlik etmiş, həm də fakültə komsomol bürosunun katibi, fakültə partiya bürosunun üzvü və Univeristet Komsomol Komitesinin üzvü kimi fəallıq göstərmişdir. Tələbəlik illərində (1953) Sov.İKP sıralarına üzvlüyünə qəbul olub. Universiteti bitirdikdən sonra ona Elmi işçi fəaliyyəti təklif olunsa da, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tələbnaməsi ilə fəal məzun kimi partiya işinə göndəriş alır.
Faiq Baxşəliyev (ictimai-siyasi xadim)
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. == Həyatı == 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Siyasi fəaliytəti == 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Sahib Məmmədov (ictimai-siyasi xadim)
Sahib Məlik oğlu Məmmədov (15 dekabr 1962, Ucar) — ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü (2008–2021-ci illərdə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktory 15 dekabr 1962-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü kəndində dəmiryolçu ailəsində doğulmuşdur; 1970–1980-ci illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində təhsil almışdır; 1981–1991-ci illərdə (donanmada xidmət illəri çıxılmaqla) Bakı Tunel Tikintisi İdarəsində işləmişdir. Əmək fəaliyyətinə Şimali Qafqazda, Baksan dərəsində, Neytirino qəsəbəsində abservatoriya tikintisində başlamışdır; 1981–1984-cü ildə SSRİ Hərbi Dəniz Donamasının Sakit Okean Donanmasında müddətli hərbi xidmət keçmişdir. Sakit Okean Donamasının 17-ci Operativ Eskadrasının tərkibində Cənubi Vyetnamada (Kam-Ran yarımadası) döyüş xidmətində olmuşdur. Həmin eskadranın tərkibində həmçinin Yemən (Sakkotra adası), Efiopiya (Daxlaq adası), Polşa (Qdınıya) xidmətinin davam etdirmiş və Baltik Donamasından tərxis olunmuşdur. Hərbi xidmətlərinə görə "Uzaq səfərlərə görə" medalı ilə və digər hərbi təltiflərə layiq görülmüşdür; 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində coğrafiya ixtisası (həmçinin coğrafiya müəllimi) üzrə təhsil almışdır; 1997–2003-cü illərdə "Odlar Yurdu" Universitetində hüquqşünası ixtisası üzrə ikinci təhsil almışdır; 2002–2004-cü illərdə Polşada (Varşava) İnsan Hüquqları üzrə Beynəlxlaq Ali Kursu bitirmişdir; 1987–1991-ci illərdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmişdir. 1987-ci ildə İşlədiyi Bakı Tunel Tikintisi İdarəsində bir neçə həmkarı ilə birgə "Azad həmkarlar birliyi" adlı yarımleqal təşkilat yaratmışdır və ona rəhbərlik etmişdir; Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında və təşkilatlanmasında iştirak etmiş, AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) rayon şöbəsinin Bakı Tunel Tikitisi İdarəsi üzrə Dayaq Dəstəsinin təsis edilməsində fəal iştirak etmiş və onun rəhbəri olmuşdur. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin Məclis Sədri olmuşdur; 1992-ci ildə keçirilən Prezident seçkilərində Yasamal rayon seçki dairəsinin sədri olmuşdur; 1992-ci ildə əvvəlcə Yasamal rayon İcra Hakimiyyəti Başçısının humanitar məslələr üzrə birinci müavini işləmişdir; 1992–1993-cü illərdə Yasamal rayonİcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir; 1993-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir və iyul ayınadək həmin vəsifədə işləmişdir; 1993–1997-ci illərdə Azərbaycan Neft-qaz sənayeşi işçilərinin Azad Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi vəzifəsində işləmişdir; 1997-ci ildə bir qrup həmkarları ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını (VƏHML) təsis etmiş və onun İcraiyyə Komitəsinin sədri seçilmişdir. VƏHML 2000-ci ilin mart ayının 18 də Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən ictimi birlik kimi qeydə alənmışdır. Sahib Məmmədov hal hazırda bu təşkilatın icraiyyə komitəsinin sədridir.
Ədəbiyyat
Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, emosiyalarını, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Ədəbiyyat iki yolla yaranıb, inkişaf edir: şifahi və yazılı. Yazılı ədəbiyyat ilə şifahi ədəbiyyat arasındakı fərqlər: Şifahi ədəbiyyat şifahi şəkildə, yazılı ədəbiyyat isə yazılı şəkildə yaranıb, yayılır. Şifahi ədəbiyyat yazılı ədəbiyyata nisbətən daha qədimdir. Şifahi ədəbiyyatın konkret müəllifi olmur, anonim ədəbiyyatdır, ümumxalq yaradıcılığının məhsuludur. Yazılı ədəbiyyat isə müəllifli ədəbiyyatdır. Şifahi ədəbiyyatın bəzi nümunələri çoxvariantlıdır, yazılı ədəbiyyat isə təkvariantlıdır. Şifahi ədəbiyyat yarandığı dövrün dil-üslub xüsusiyyətlərini qoruyub saxlamır. Yazılı ədəbiyyat isə saxlayır. Həm yazılı həm də şifahi ədəbiyyat üç ədəbi növə bölünür: Lirik növ Epik növ Dramatik növ Bu bölgünü ilk dəfə verən, nəzəri cəhətdən əsaslandıraraq təsnif edən antik dövrün ən böyük filosofu və nəzəriyyəçisi Aristotel (384–322) olmuşdur.
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir. "Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb.
"İncəsənət və ədəbiyyat" ordeni
"İncəsənət və ədəbiyyat" ordeni (fr. L'Ordre des Arts et des Lettres) — Fransa mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisə mükafatı. Tez-tez mükafatın adının tərcüməsi İncəsənət və (zərif) ədəbiyyat ordeni kimi istifadə olunur. == Ədəbiyyat == André Souyris-Rolland. Guide des ordres civils français et étrangers, des médailles d’honneur, des médailles de sociétés. — Paris: Préal — Supcam, 1979. — 148 p. Jacques Demougin. Les décorations françaises. — Paris: Trésor du patrimoine, 2003.
"Ədəbiyyat və incəsənət" qəzeti
"Ədəbiyyat qəzeti" — Həftəlik ədəbi-bədii qəzet. Azərbaycan Yazıçılar Birliyinin orqanı. "Ədəbiyyat qəzeti" həftədə bir dəfə, şənbə günü, 32 səhifə həcmində çıxır. Tirajı 1700 nüsxədir. == Tarixi == 1934-cü ildə nəşrə başlayıb. "Ədəbiyyat qəzeti"nin ilk sayı 1 yanvar 1934-cü ildə çapdan çıxıb. 1934 −1953-cü illərdə (aprelə qədər) "Ədəbiyyat qəzeti", 1959-cu ilin aprelindən "Ədəbiyyat və incəsənət" (Azərbaycan Yazıçılar İttifaqı və Respublika Mədəniyyət Nazirliyinin orqanı), 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi yenidən "Ədəbiyyat qəzeti" adı ilə nəşr edilib. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə qəzetin dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. Ədəbiyyat qəzetinin saytı "edebiyyatqazeti.az" isə 2017-ci il mayın 26-dan fəaliyyətə başlayıb. Sayt "Ədəbiyyat qəzeti"nin materiallarını elektron mediaya daşıyır.
Dil və Ədəbiyyat (jurnal)
"Dil və ədəbiyyat" jurnalı — 1993-cü ildən sabit ardıcıllığla çap olunur və elə həmin ildən Azərbaycanın Ali Attestasiya komissiyasının reyestrinə daxil edilmişdir. == Haqqında == İl ərzində junnalın 4-6 sayı işıq üzü görür. Müəlliflər respublikamızda tədris edilən bütün dillərdə yazılan məqalələri jurnalda çap edə bilirlər. "Dil və ədəbiyyat" jurnalı filologiya elmi ilə bağlı 12 sahəsini əhatə edir. Hər sahəyə məsul redaktor başçılıq edir və onun təklifi ilə müvafiq redaksiya heyətləri formalaşır. Məsul redaktor öz sahəsinə aid olan məqalələri oxuyur və onların çapa getməsi üçün yazılı şəkildə razılıq verir. Çap olunan bütün məqalələrin üzərində məsul redaktorların imzaları vardır. "Dil və ədəbiyyat" jurnalı 30-40 çap vərəq həcmində 500-1000 nüxsə tirajla çap olunur. Bununla yanaşı jurnal "Jurnala əlavə" qrifi ilə məcmuələr buraxmaq hüququna malikdir və indiyə qədər 120-dən artıq əlavə çap olunmuşdur. 15 il ərzəndə "Dil və ədəbiyyat" jurnalının səhifələrində 3000-dən artıq elmi məqalələ dərc edilmişdir.
Ədəbiyyat ensiklopediyaları və lüğətlər
Ədəbiyyat və İncəsənət Arxivi
Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi (tam adı: S. Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, qısaca: ARDƏİA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri. Bu arxivdə ədəbiyyat və incəsənət əsərlərinin saxlanılır. Bakıda yerləşir. Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli qərarı ilə yaradılmış, 1966-cı ilin yanvar ayından fəaliyyət göstərir. İlk adı Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli Sərəncamı ilə arxivə Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərini nəzərə alaraq görkəmli ədəbiyyatşünas Salman Mümtazın adı verilmişdir. Arxivdə 19 əsrin sonları — 2005-ci illərə aid 717 fond üzrə 98215 iş saxlanılır. Arxiv Azərbaycan ədəbiyyatı və incəsənəti tarixinə aid sənədlərin aşkar edilməsi, toplanması, elmi-texniki cəhətdən işlənilib qaydaya salınması, hərtərəfli mühafizəsi və istifadəsinin təşkili istiqamətində fəaliyyət göstərir. Arxivdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan SSR Xalq Komissarları (Nazirlər) Soveti İncəsənət İşləri İdarəsinin, Azərbaycan SSR D"vlət Kinematoqrafıya Komitəsinin, Cəfər Cabbarlı adına " Azərbaycanfılm" kinostudiyasının, mədəniyyət sahəsindəki ali və orta ixtisas təhsili məktəblərinin, yaıadıcılıq ittifaqlarının, teatr və musiqi təşkilatlarınm qəzet və jurnal redaksiyalarının və digər yaradıcılıq təşkilatlarının 50-dən artıq fondu mühafizə olunur. Arxivdə 660-a yaxın görkəmli ədəbiyyat, incəsənət xadiminin, o cümlədən, ədabiyyat sahəsində (Hüseyn Cavid, Əliağa Vahid, Abdulla Şaiq, Mir Cəlal Paşayev, Süleyman Rüstəm, Mirvarid Dilbazi, Əziz Şərif, Abbas Zamanov və b.), teatr sahəsində (Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Mirzağa Əliyev, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Fatma Qədri, Mehdi Məmmədov, Aleksandr Tuqanov, Şəmsi Bədəlbəyli, Əli Zeynalov, Bəşir Səfəroğlu, Rza Əfqanlı və b.), musiqi sahəsində (Müslüm Maqomayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Tofiq Quliyev, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Nazim Rzayev, Qənbər Hüseynli, Fatma Muxtarova, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova və b.), memarlıq və təsviri sənət sahəsində (Mikayıl Hüseynov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Kazım Kazımzadə, Fuad Əbdürrəhmanov, Maral Rəhmanzadə, Bədurə Əfqanlı və b.), kino sahəsində (Rza Təhmasib, Ağarza Quliyev, Hüseyn Seyidzadə, Lətif Səfərov, Həsən Seyidbəyli və b.) çalışan xadimlərin şəxsi fondkırı mühafizə olunur.
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Mülki və siyasi hüquqlar
Mülki və siyasi hüquqlar — fərdlərin azadlığını hökumətlərin, ictimai təşkilatların və fərdi şəxslərin müdaxiləsindən qoruyan hüquqlar. Bu hüquqlar hər bir şəxsin heç bir diskriminasiya və siyasi repressiyaya məruz qalmadan cəmiyyətin və dövlətin ictimai və siyasi həyatında iştirak etməsinə təminat verir.
Azərbaycanda ictimai-siyasi fikir. XX əsr
Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi — Azərbaycan Prezidentinin və Prezident Administrasiyasının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. İşlər İdarəsi Administrasiyanın tərkibinə daxil deyil. Azərbaycanın dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqandır. 2021-ci ildən Prezidentin İşlər müdiri Ramin Quluzadədir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Strukturu == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar: "Ulduz" Qonaq Evi (Prezident İqamətgahı və "Ulduz" Sarayı daxil olmaqla) "Azadlıq" Qonaq Evi "Gənclik" iqamətgahı "Zuğulba" iqamətgahı (1 N-li Pansionat və "Şəfəq" Sarayı daxil olmaqla) İşlər İdarəsinin Pansionatı (əvvəlki adı: 2 N-li Pansionat) "Qəbələ" iqamətgahı "Marxal" Müalicə-İstirahət Kompleksi Rəsmi Qəbullar Sarayı (əvvəlki adı: Səadət sarayı) "Azərsuvenir" "Azərbaycan Nəşriyyatı" MMC Prezident Kitabxanası İctimai-Siyasi Sənədlər Arxivi Təsisçisi olduğu qəzetlərin siyahısı: "Bakinski raboçi" qəzetinin redaksiyası "Respublika" qəzetinin redaksiyası "Xalq qəzeti"nin redaksiyası == Azərsuvenir == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin «Azərsuvenir» (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 saylı Qərarı ilə Azərbaycan «Zərgərsənaye» İstehsalat Birliyinin bazasında yaradılmışdır. Müəssisənin əsas fəaliyəti dövlət orden və medallarının, müxtəlif yubiley və xatirə medallarının, döş nişanlarının, dünya dövlətlərinin bayraqlarının, Azərbaycan milli naxış və ornamentləri ilə bəzədilmiş yüksək əyarlı hədiyyəlik gümüş məmulatlarının və digər milli suvenirlərin istehsalından ibarətdir. Bütün məhsullar «Azərsuvenir» MMC-nin istehsalı olan futlyarlarla fərdi qaydada qablaşdırılır. Yuxarıda qeyd olunan məhsulların müasir tələblərə cavab verən yüksək keyfiyyətli istehsalatını təmin etmək məqsədi ilə, müəssisədə yeni istehsalat sahələri yaradılmış müasir avadanlıqlar və yüksək texnoloqiyalar tətbiq edilmişdir. Bütün məmulatların istehsalı «Azərsuvenir» MMC-də fəaliyyət göstərən, yüksək peşəkarlardan ibarət bədii-texniki şuranın nəzarəti altında icra olunur.
Bibliyanın yapon dilinə tərcüməsi
Bibliyanın yapon dilinə tərcüməsi Frensis Xavierin Yaponiyaya gəlişindən bir il öncə — 1548-ci ildə başlamışdır. 1613-cü ildə Əhdi-Cədidin yapon dilinə tərcümə edilməsindən sonra qapalı ölkə siyasətinə görə 2 əsrdən çox müddətdə Bibliyanın yapon dilinə tərcümə işində irəliləyiş olmamışdır. Karl Gützlaff 1837-ci ildə İohann İncilini tərcümə edərək nəşr etdirmişdir. Bundan sonra XIX əsrdə Yaponiyada bir çox nəşrçi Bibliya kitablarının və hissələrinin yapon dilinə tərcüməsi ilə məşğul olmuş və komitələr yaratmışdırlar. Samuel Vilyams, Bernard Jan Bettelheym, Conatan Qobl, Ceyms Hepbörn, Samuel Braun, Natan Braun, Devid Tompson, Quido Verbek, Filip Fayson bu cür tərcüməçilərdən olmuşdurlar. Bibliyanı tərcümə etməyə başlayan ilk yapon isə 1873-cü ildə Naqata Hosey olmuşdur. == İlk dövrlər == Bibliyanın yapon dilinə tərcüməsi ilə bağlı işlər ilk dəfə 1548-ci ildə başlamışdır. Tərcümənin nüsxəsi müasir dövrə kimi gəlib çatmasa da, Kaqoşimadan olan qaçqın samuray Yaciro (və ya Anciro) Qoada Matfeya İncilini yapon dilinə "tərcümə etmişdir". Frensis Xavier Yaciro və iki yoldaşı ilə 1547-ci ildə Malay yarımadasında tanış olmuş və onları Qoadakı bir kollecə gətirmişdir. Yaciro öz doğma ölkəsi haqqında danışandan sonra Xavier həmin İncili yapon xalqına çatdırmaq istəmişdir.
"İncəsənət və Ədəbiyyat" ordeni (Fransa)
"İncəsənət və ədəbiyyat" ordeni (fr. L'Ordre des Arts et des Lettres) — Fransa mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisə mükafatı. Tez-tez mükafatın adının tərcüməsi İncəsənət və (zərif) ədəbiyyat ordeni kimi istifadə olunur. == Ədəbiyyat == André Souyris-Rolland. Guide des ordres civils français et étrangers, des médailles d’honneur, des médailles de sociétés. — Paris: Préal — Supcam, 1979. — 148 p. Jacques Demougin. Les décorations françaises. — Paris: Trésor du patrimoine, 2003.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi"nin keçirilməsi haqqında sərəncamına uyğun olaraq teatr haqqında 45 ç.v. həcmində salnamə hazırlanaraq Naxçıvan MR Ali Məclisinə təqdim edilmişdir. Bu salnamədə ilk dəfədir ki, Naxçıvan teatrının yaradıcılıq yolu 1883-cü ildən 2008-ci ilə qədər tam şəkildə təhlil və tədqiq edilmişdir. Müəlliflər yeri gəldikcə əvvəlki tədqiqatlarda təhrif olunmuş faktlara təkziblər, düzəlişlər, qeydlər vermiş, hər ilin repertuar durumu, tamaşaların premyera günləri, ifaçılar ayrıca göstərilmiş, əsərləri oynanılmış bütün dramaturqlar, teatrın yaradıcılarından 116 nəfər, o cümlədən tanınmış aktyor, rejissor, rəssam, bəstəkar barədə ensiklopedik məlumat vermişlər. Teatrın 125 illik tarixində baş vermiş mühüm hadisələr hər ilin sonunda xüsusi təqdimat prinsipləri ilə tərtib edilmişdir. Teatrda ayrı-ayrı illərdə tamaşaya qoyulan əsərlərdən və arxiv sənədlərindən ibarət 200-dən artıq şəkil toplanılmış bununla yanaşı "Naxçıvan teatrı" adlı kitab və "125 yaşlı Naxçıvan teatrı" sənədli-televiziya filminin çəkilişi üçün ssenari hazırlanmışdır. Naxçıvanın dialekt və şivələrində işlənən ərəb-fars və türk sözləri, dilimizin regional-məhəlli xüsusiyyətləri araşdırılmış, toplanan materiallar incələnmiş, sözlərin səslənməsinə görə fonetik təsnifatı müəyyənləşdirilmiş, Naxçıvan MR-ın Ordubad, Şahbuz, Babək rayonlarından toplanmış dialekt materiallar kameral işlənmiş, leksik xüsusiyyətləri araşdırılmışdır. "Naxçıvan dialekt və şivələrinin lüğəti" adlı kitab çapa təqdim edilmişdir.
İncəsənət və Ədəbiyyat ordeni (Fransa)
"İncəsənət və ədəbiyyat" ordeni (fr. L'Ordre des Arts et des Lettres) — Fransa mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisə mükafatı. Tez-tez mükafatın adının tərcüməsi İncəsənət və (zərif) ədəbiyyat ordeni kimi istifadə olunur. André Souyris-Rolland. Guide des ordres civils français et étrangers, des médailles d’honneur, des médailles de sociétés. — Paris: Préal — Supcam, 1979. — 148 p. Jacques Demougin. Les décorations françaises. — Paris: Trésor du patrimoine, 2003.